Gürcüstan DİN bəyanat yayıb

Gürcüstan Daxili İşlər Nazirliyi bu gün Tbilisidə planlaşdırılan etiraz aksiyası ilə bağlı bəyanat yayıb
Crossmedia.az xəbər verir ki, bu barədə gürcü KİV-ləri məlumat verib.
“İctimai təhlükəsizliyi və hüquq qaydasını təmin etmək məqsədilə Daxili İşlər Nazirliyinin müvafiq polis bölmələrinin əməkdaşları Tbilisi şəhəri üzrə səfərbər olunub. Aksiya təşkilatçılarını və iştirakçılarını qanunla müəyyən edilmiş çərçivədə toplaşmağa və nümayiş keçirməyə, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmağa və onların xidməti fəaliyyətinə mane olmamağa çağırırıq. Qanun pozuntusu halları olacağı təqdirdə polis tərəfindən müvafiq hüquqi reaksiya veriləcək,” – deyə nazirliyin bəyanatında qeyd olunur.
Xatırladaq ki, bu gün Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir. Vətəndaşlar beş muxtar şəhərin – Tbilisi, Kutaisi, Batumi, Rustavi və Potinin merlərini və 59 bələdiyyənin nümayəndələrini, həmçinin 64 şəhər şurası – sakrebulo deputatlarını seçirlər.
Səbiyyə Zayirova
12:44 04.10.2025
Oxunuş sayı: 3210