Ermənistan Türkiyə ilə sərhəd boyunca bəndin tikintisini razılaşdırır

Ermənistan 1,5 ildir ki, Araz çayı sahilində, Türkiyə ilə sərhəd boyunca bəndin tikintisini razılaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat verib.
Bildirilib ki, Ermənistan Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə layihə sənədlərinin Türkiyə tərəfi ilə razılaşdırılması prosesi davam edir.
Qurum qeyd edib ki, Araz sərhəd çayı olduğuna görə, “Ermənistanın qərarı ilə Türkiyə çayın sahil hissəsinin möhkəmləndirilməsi işləri barədə məlumatlandırılıb”.
“Razılaşdırma prosesi başa çatdıqdan sonra tikinti işlərinə başlanacaq,” – deyə nazirlikdən bildirilib.
Səbiyyə Zayirova
11:52 04.10.2025
Oxunuş sayı: 2777