"Türkmənistan Azərbaycanla əməkdaşlığa böyük önəm verir" - Deputat

Azərbaycanla Türkmənistan arasında münasibətlər son illərdə yeni mərhələyə qədəm qoyub. Regional əməkdaşlıq, enerji resurslarının istifadəsi və nəqliyyat sahəsində qurulan tərəfdaşlıq iki ölkənin qarşılıqlı etimada əsaslanan əlaqələrinin göstəricisidir. Rəsmi səfərlər və imzalanan sazişlər bu münasibətlərin daha da dərinləşməsinə zəmin yaradır. Türkmənistan rəsmilərinin Bakıya ardıcıl səfərləri isə dostluq və əməkdaşlığın siyasi və iqtisadi baxımdan daha geniş istiqamətləri əhatə etdiyini göstərir. Bu gün Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri də bu dostluq və qardaşlıq əlaqələrinin inkişafına xidmət edir. Tərəflər arasında aparılan danışıqlar və əldə olunan razılaşmalar hər iki tərəfin inkişafına töhfə verəcək.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Tahir Rzayev Crossmedia.az-a açıqlama verib:
“Türkmənistan-Azərbaycan münasibətləri sağlam məcrada davam edir və son illər iki ölkə arasında bağlanan müqavilələr imzalanan sazişlər dostluq və əməkdaşlığın genişləndirilməsindən, möhkəmləndirilməsindən xəbər verir. Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri də bu dostluğun yeni bir təzahürüdür. İki ölkə arasında münasibətlərin daha da hesablanmışdır.
Türkmənistan bu gün öz iqtisadiyyatı ilə, neft-qaz hasilatı ilə, eləcə də bir çox sahələrdə Azərbaycanla əməkdaşlığa böyük önəm verir. Sözsüz ki, bu önəm hər iki ölkənin iqtisadi inkişafı, xalqların birgə yaşayışı baxımından çox əhəmiyyətlidir. Sözsüz ki, Türkmənistan Xalq Məsləhəti sədrinin Azərbaycana yeni səfəri zamanı da bir çox vacib məsələlərin müzakirəsi gündəmdə olacaq. Bu da iki ölkə arasında qarşılıqlı münasibətlər üçün yollar açacaq. Hər bir səfər uğurludur. Çünki bu gün prezident cənab İlham Əliyev bütün dünya ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verir. Bu çoxsaylı proqram və sərəncamlarda da öz əksini tapıb”.
Ayhan
14:35 16.07.2025
Oxunuş sayı: 902