Laricani: ABŞ və İsrail İrana yenidən hücum edə bilər

İranın Fundamental Elmlər Tədqiqat İnstitutunun rəhbəri Məhəmməd Cavad Laricani ölkənin ABŞ və İsrailin İrana qarşı yeni hücum ehtimalının yüksək olduğunu bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Laricani deyib:
"İsrail, Amerikanın köməyi və göstərişi ilə – əslində birbaşa Amerika özü – yenidən İrana hücum edə bilər. Bunu böyük ehtimal kimi dəyərləndirməliyik. Dövlətimiz və silahlı qüvvələrimiz hazırlıqlarını görürlər və əmin olsunlar ki, əgər hücum etsələr, bu dəfə cavab zərbələrimiz daha güclü olacaq."
Onun bu açıqlaması regionda artan gərginliyin fonunda səslənib və mümkün qarşıdurmalarla bağlı narahatlıqları bir qədər də artırıb.
10:18 13.07.2025
Oxunuş sayı: 952