Avropa fond bazarlarında eniş baş verdi
Avropa fond bazarları ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi gömrük rüsumları səbəbindən kəskin enişlə açılıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Parisin indeksində 2,01%, Frankfurtda 2,13%, Londonda 1,27% və Milanı 1,73% azalma qeydə alınıb.
İnvestorlar bu ticarət müharibəsinin dünya iqtisadiyyatına ciddi təsir göstərəcəyi ilə bağlı narahatdırlar.
Mütəxəssislərin proqnozlarına əsasən, vəziyyət daha da pisləşəcək. Çünki Tramp yeni rüsumlar tətbiq edəcəyini açıqlayıb.
Bildirək ki, qəzet, geniş miqyaslı ticarət pozulmalarının yaxın gələcəkdə baş verə biləcəyini və bunun nəticələrinin bazarları, təchizat zəncirlərini və qlobal iqtisadi artımı ciddi şəkildə zərər verə biləcəyini vurğulayıb.
Fatimə Məmmədova
21:45 03.02.2025
Oxunuş sayı: 393