Polşanın baş naziri gələn həftə Türkiyəyə gedəcək

Polşanın baş naziri Donald Tusk gələn həftə Türkiyəyə rəsmi səfər edəcək.
Crossmedia.az türk mətbuatına istinadən xəbər verir ki, o, Ankaranın regional sabitlikdə daha böyük rol oynaması və Rusiya-Ukrayna müharibəsində vasitəçilik səyləri ilə bağlı danışıqlar aparacaq.
Səfər, ABŞ prezidenti Donald Trampın Ukraynaya yardımı dayandırmaq qərarından sonra kritik bir vaxta təsadüf edir. NATO-nun ikinci ən böyük ordusuna sahib Türkiyənin bu prosesdə hansı mövqeyi tutacağı, eləcə də Polşanın Ukraynaya dəstəyini davam etdirmək üçün atacağı addımlar müzakirə ediləcək.
Donald Tusk vurğulayıb ki, Ukraynanın müstəqilliyini və qərbyönlü siyasətini qoruması Polşanın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır. Onun Ankaradakı görüşlərində bu məsələnin də əsas müzakirə mövzularından biri olması gözlənilir.
18:55 07.03.2025
Oxunuş sayı: 2387