ABŞ-də aviasiya sisteminin yenilənməsi sürətləndirilib
ABŞ-də milli hava məkanını idarə edən sistemin rabitə infrastrukturunun yenilənməsi işlərinin 70 faizdən çoxu tamamlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Federal Aviasiya Administrasiyasının (FAA) rabitə infrastrukturu üzrə podratçısı “L3Harris Technologies” şirkəti məlumat yayıb.
Şirkət köhnə mis kabellərin fiber-optik xətlərlə əvəzlənməsi işlərinin böyük hissəsinin başa çatdığını bildirib.
Yenilənmə işləri ABŞ-də noyabrın 13-də baş vermiş genişmiqyaslı aviasiya fasiləsindən sonra diqqət mərkəzinə gəlib. Həmin gün rabitə sistemində yaranan problem səbəbindən FAA ölkə üzrə uçuşların müvəqqəti dayandırılması barədə qərar verib.
ABŞ Nəqliyyat Nazirliyinin məlumatına görə, nasazlığın köhnə rabitə xətlərinin fiber-optik sistemə keçirilməsi zamanı yarandığı ehtimal olunur. Hadisənin səbəbinin podratçı şirkətin işindəki səhv, yoxsa nasaz avadanlıq olması araşdırılır.
13:20 15.11.2026
Oxunuş sayı: 54