Rəşad Məcidə ağır itki üz verib
Azərbaycanın tanınmış jurnalisti, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib.
Crossmedia.az xəbər verir ki, Rəşad Məcidin anası Yavər xanım dünyasını dəyişib.
Yavər xanım Qarabağla, doğma Ağdamla bağlı xatirələri, mütaliəyə sevgisi və ədəbiyyata marağı ilə tanınırdı. Onun "525-ci qəzet"də dərc edilmiş "Anamın tikiş maşını" adlı yazısında doğma yurda həsrət və keçmişin xatirələri əks olunmuşdu.
Yavər xanımın yas mərasimi (3-7) Bakıda keçiriləcək.
Crossmedia.az kollektivi olaraq Rəşad Məcidə və ailə üzvlərinə dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!
11:01 15.11.2026
Oxunuş sayı: 108