Yaponiyada qatar sisteminə kiberhücum edilib: 3,37 milyon şəxsin məlumatları risk altındadır
Yaponiyada Skyliner ekspres qatar xəttinin rezervasiya sisteminə kənar şəxslər tərəfindən icazəsiz giriş edildiyi və təxminən 3,37 milyon müştərinin məlumatlarının sızmış ola biləcəyi bildirilir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində müştərilərin şəxsi məlumatlarının təhlükə altında olduğu ehtimal edilir. Məlumatların həqiqətən sızdırılıb-sızdırılmadığı ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
12:40 15.11.2026
Oxunuş sayı: 61