Bayden Putinin davranışını yeniyetməyə bənzədib
ABŞ-nin keçmiş Prezidenti Co Bayden yeni memuarında Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə münasibətlərindən, həmçinin Donald Trampın komandasının Putinlə birbaşa danışıqlar aparmaq istəyindən bəhs edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Bayden Putini görüşlər zamanı özünü laqeyd aparan və küsəyən biri kimi xarakterizə edib. O, Rusiya liderinin davranışını yeniyetmənin davranışına bənzədərək, görüşlərdə laqeydlik nümayiş etdirdiyini qeyd edib.
Keçmiş prezident Zelenski barədə də fikirlərini bölüşüb. Onun sözlərinə görə, Ukrayna lideri şəxsi söhbətlər zamanı bəzən əhvalı dəyişkən və inadkar olurdu, həmçinin Baydenin gözlədiyi qədər minnətdarlıq göstərmirdi.
Bayden memuarında Trampın keçid komandasının onun prezidentlik müddəti başa çatmamış Putinlə birbaşa danışıqlara icazə verilməsini istədiyini də yazıb. Lakin o, bu müraciəti rədd etdiyini bildirib. Bayden hesab edib ki, belə danışıqlar Ukraynanın maraqları hesabına bir növ təslimiyyətlə nəticələnə bilərdi.
13:00 15.11.2026
Oxunuş sayı: 67