Paşinyan: Ermənistan-Aİ münasibətləri tarixdə ən yüksək səviyyədədir
Ermənistanla Avropa İttifaqı arasında münasibətlər son illərdə əhəmiyyətli dərəcədə dəyişib və hazırda bütün tarix boyu ən yüksək səviyyədədir. Ermənistanın Baş naziri Nikol Paşinyan belə açıqlama verib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
N. Paşinyan bu fikirləri Dublində Beynəlxalq və Avropa Məsələləri İnstitutunda ekspertlərlə görüşü zamanı səsləndirib.
Eyni zamanda Yerevanla Brüssel arasındakı münasibətlərə toxunan Paşinyan xatırladıb ki, 2025-ci ilin martında Ermənistan parlamenti ölkənin Avropa İttifaqına üzvlük prosesinə başlaması haqqında qanun qəbul edib.
Baş nazir qeyd edib ki, qanun layihəsinin irəli sürülməsi təşəbbüsü Konstitusiyanın müddəalarına uyğun olaraq ölkə vətəndaşlarından gəlib.
18:05 14.11.2026
Oxunuş sayı: 152