CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Konfrans

17:11 12.10.2026

Nökisdə xalqlar arasında dostluq və həmrəyliyə həsr olunan konfrans keçirilib

57

Özbəkistanın Nökis şəhərində millətlərarası həmrəylik, dostluq və qarşılıqlı hörmətin möhkəmləndirilməsinə, eləcə də milli-mədəni mərkəzlərin fəaliyyətinin inkişafına həsr olunan “Özbəkistan – bizim ümumi evimizdir” mövzusunda konfrans keçirilib. Tədbirdə Özbəkistan Respublikası Prezident Administrasiyasının nümayəndələri, Qaraqalpaqıstan Respublikasının Joqarqı Kenesinin sədri, Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin rəhbərliyi, milli-mədəni mərkəzlərin sədrləri və əməkdaşları, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri, həmçinin Respublika Azərbaycan Milli-Mədəni Mərkəzinin nümayəndələri iştirak ediblər. Konfransda milli-mədəni mərkəzlərin fəaliyyəti, qarşıda duran vəzifələr və inkişaf perspektivləri müzakirə olunub, müxtəlif xalqlar arasında dostluq, qarşılıqlı anlaşma və birliyin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əli Baytalov ölkəmizdə multikulturalizm sahəsində görülən işlər, Azərbaycanın çoxşaxəli diaspor siyasəti və Komitənin fəaliyyəti barədə məlumat verib. Eyni zamanda milli-mədəni mərkəzlərin müxtəlif xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın gücləndirilməsində, eləcə də Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında mühüm rol oynadığını qeyd edib.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR