Putin Trampla münasibətlərində diqqətçəkən məqamı açıqladı
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla bir sıra məsələlərdə ortaq baxışlara malik olduqlarını bildirib.
Crossmedia.az xəbər verir ki, Putin bu barədə Çində keçirilən mətbuat konfransında danışıb.
Rusiya liderinin sözlərinə görə, onun Trampla fikir yaxınlığı həm hazırkı dövrdə, həm də ABŞ prezidentinin ilk prezidentlik müddətində müşahidə olunub.
“Bizim sivilizasiya dəyərləri ilə bağlı yanaşmalarımızda müəyyən ortaq cəhətlər var. Bizi birləşdirməsə də, baxışlarımızın yaxınlığından xəbər verən məqamlar mövcuddur”, – deyə Putin bildirib.
Qeyd edək ki, noyabrın 19-da Çinin Şençjen şəhərində Rusiya, Çin və ABŞ liderlərinin tarixdə ilk üçtərəfli görüşü keçirilib. Görüşdə Vladimir Putin, Si Cinpin və Donald Tramp iştirak ediblər.
Təxminən 1,5 saat davam edən danışıqların yekununda liderlər birgə bəyannamə qəbul ediblər. Sənəddə BMT-də islahatlar, enerji təchizatının sabitliyi, rəsmi şəxslərin toxunulmazlığı və nüvə risklərinin azaldılması məsələləri əksini tapıb.
18:20 19.11.2026
Oxunuş sayı: 41