Tramp, Putin və Si Cinpinin birgə sülh bəyannaməsi qəbul edib
ABŞ, Rusiya və Çin liderlərinin Çinin Şençjen şəhərində keçirilən üçtərəfli sammitdə birgə sülh bəyannaməsi qəbul etdikləri barədə məlumat yayılıb.
Crossmedia.az xəbər verir ki, noyabrın 19-da ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin arasında keçirilən görüşdə beynəlxalq təhlükəsizlik və nüvə risklərinin azaldılması məsələləri müzakirə olunub.
Yayılan məlumata görə, birgə bəyannamədə qlobal təhlükəsizliyin gücləndirilməsi, BMT-də islahatların aparılması, enerji təchizatının sabitləşdirilməsi və nüvə təhlükəsinin azaldılması kimi məsələlər əksini tapıb.
Sənəddə, həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınmasının vacibliyinin vurğulandığı iddia edilir.
Məlumata əsasən, üç ölkənin liderləri nüvə müharibəsində qalib gəlməyin mümkün olmadığını və belə bir müharibəyə heç vaxt yol verilməməli olduğunu bir daha təsdiqləyiblər.
Bununla belə, bəyannamənin qəbuluna dair rəsmi təsdiq və sənədin tam mətni hələlik əldə olunmayıb.
15:09 19.11.2026
Oxunuş sayı: 41