Tramp: ABŞ Tayvanın müstəqilliyini dəstəkləmir
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tayvanın müstəqilliyini dəstəkləmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Çinin “Sinxua” (Xinhua) dövlət informasiya agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, Tramp bu mövqeyini noyabrın 19-da Çinin Şençjen şəhərində Çin Prezidenti Si Cinpinlə keçirilən danışıqlar zamanı ifadə edib.
ABŞ Prezidenti Vaşinqtonun Tayvanın müstəqilliyini dəstəkləmədiyini vurğulayıb.
Qeyd edək ki, Tayvan məsələsi ABŞ-Çin münasibətlərində əsas fikir ayrılıqlarından biridir. Pekin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir, Vaşinqton isə adanın müstəqilliyini rəsmi şəkildə dəstəkləməməklə yanaşı, onunla qeyri-rəsmi əlaqələrini davam etdirir.
14:10 19.11.2026
Oxunuş sayı: 32