Futzal üzrə Azərbaycan çempionatında mübarizə aparacaq komandalar bəlli olub
Yeni mövsümdə futzal üzrə Azərbaycan Yüksək Liqasında iştirak edəcək komandalar dəqiqləşib.
Crossmedia.az xəbər verir ki, turnirdə 10 komanda mübarizə aparacaq.
Bunlar "Araz-Naxçıvan", "Yasamal Bakı", "Rəvan", "Atidel Ordubad", "Şuşa", "Marafon", "Xankəndi", "Baku Fire", "Neftçi İK" və "İmişli" klublarıdır.
1-ci Liqada isə "Baku", "Ulduz", "İçərişəhər", "Star kargo", "Xan Lənkəran", "Timsport", "Baku Fire - 1", "Metropoliten", "Xəzər", "Neftçala" və "Finans" iştirak edəcək.
Xatırladaq ki, ötən mövsüm "Araz-Naxçıvan" ölkə çempionu olub.
13:50 19.11.2026
Oxunuş sayı: 41