Türkiyədə zəlzələ baş verib
Türkiyənin Malatya vilayətində 3,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, Türkiyənin Fövqəladə Halların və Fəlakətlərin İdarə Edilməsi İdarəsi (AFAD) bu barədə məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Malatyanın Doğanşehir rayonunda baş verib.
AFAD-ın məlumatına əsasən, zəlzələ ocağı yerin 19,52 kilometr dərinliyində yerləşib.
Dağıntı və xəsarət alanlar barədə hələlik məlumat verilməyib.
13:55 19.11.2026
Oxunuş sayı: 37