Putin, Tramp və Si Cinpinin görüşü səssiz yekunlaşıb
ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin arasında keçirilən üçtərəfli görüş başa çatsa da, liderlər mətbuata birgə açıqlama verməyiblər.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Noyabrın 19-da Çinin Şençjen şəhərində keçirilən APEC sammiti çərçivəsində baş tutan üçtərəfli görüşdən sonra liderlər jurnalistlər qarşısında birgə bəyanatla çıxış etməyiblər.
Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin görüşün keçirildiyi məkanı tərk edib.
Çin lideri Si Cinpin isə Putini avtomobilinə qədər müşayiət edib.
Danışıqların yekununda tərəflər arasında hər hansı konkret razılaşmanın əldə olunub-olunmadığı barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
14:54 19.11.2026
Oxunuş sayı: 51