Tramp Putin və Si Cinpinlə tarixi görüşdən sonra Çini tərk edib
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə keçirdiyi üçtərəfli görüşdən sonra Çini tərk edib.
Crossmedia.az xəbər verir ki, bu barədə beynəlxalq media məlumat yayıb.
Noyabrın 19-da Çinin Şençjen şəhərində keçirilən görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutub.
Üç ölkənin liderləri beynəlxalq təhlükəsizlik, nüvə silahlarına nəzarət və Ukraynadakı müharibə də daxil olmaqla bir sıra mühüm məsələləri müzakirə ediblər.
Təxminən bir saat yarım davam edən görüş ABŞ, Rusiya və Çin liderlərinin ilk üçtərəfli sammiti kimi tarixə düşüb.
Danışıqların yekununda konkret razılaşmaların əldə olunub-olunmadığı barədə ətraflı məlumat açıqlanmayıb.
14:51 19.11.2026
Oxunuş sayı: 52