Lavrov Putinin Tramp və Si Cinpinlə görüşünü şərh etdi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putin, Çin lideri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən üçtərəfli görüşlə bağlı jurnalistin sualına cavab verib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Gazeta.press” məlumat yayıb.
Jurnalist Pavel Zarubin Lavrovdan danışıqların necə keçdiyini soruşub. Görüşdə iştirak edən nazir suala belə cavab verib:
“Prezident danışıqlar aparırdı, sizcə necə? Prezident danışıqlar aparırdı. Niyə danışıqların uğurlu olub-olmadığını soruşursunuz?”
Qeyd edək ki, Putin, Tramp və Si Cinpin noyabrın 19-da Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində üçtərəfli görüş keçiriblər.
14:25 19.11.2026
Oxunuş sayı: 47