Muğam GTA 6-nı fəth edir: Alim Qasımovun ifası oyunda!
Xalq artistləri Alim Qasımov və Fərqanə Qasımovanın birgə ifası “Grand Theft Auto VI” (GTA 6) videooyununun musiqi siyahısına daxil edilib. “Say It Right” adlı kompozisiya oyunun “Kaleidoscope FM” radio stansiyasında səsləndirilir.
Bu barədə Alim Qasımovun meneceri İlkin Robin Crossmedia.az-a açıqlamasında bildirib ki, əməkdaşlıqla bağlı təklif 2025-ci ilin iyun ayında irəli sürülüb:
"Birgə müzakirədən sonra 2025-ci ilin avqust ayında müqavilə bağlandı. Biz şadıq ki, belə qlobal oyunda Azərbaycan mahnısı, xüsusi ilə iki sənətkar Alim Qasımov və Fərqanə Qasımovanın birgə dueti səslənir. Bu əməkdaşlığın əsas məqsədlərindən biri Alim Qasımov və Fərqanə Qasımovanın yaradıcılığını, eləcə də muğam sənətini ənənəvi dinləyici auditoriyasından kənarda daha geniş kütləyə çatdırmaqdır. Burada məqsəd muğamı fərqli auditoriyaya təqdim etmək idi. Yəni bu musiqini əvvəllər dinləməyən, hətta muğama maraq göstərməyən insanlara fərqli platforma və üsulla sevdirmək istəyirdik. Görürük ki, buna nail ola bilmişik. Hətta elə oyunçular var ki, həmin musiqi səslənmədən oyuna başlamırlar”.
Məhəbbət Tərlanoğlu
16:27 19.11.2026
Oxunuş sayı: 47