Azərbaycan cüdoçusu Məhəmməd Musayev gənclər arasında dünya çempionatında bürünc medal qazanıb
Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında dünya çempionatının ilk gününü bir medalla başa vurublar.
Crossmedia.az xəbər verir ki, Məhəmməd Musayev (66 kq) bürünc mükafata sahib çıxıb.
M.Musayev üçüncü yer uğrunda görüşdə Rusiya təmsilçisi İslam Sultiqovu məğlub edib.
Xədicə Qədəşova (57 kq) bürünc medal uğrunda qarşılaşmada sloveniyalı Nika Tomca uduzub.
Xatırladaq ki, gənclər arasında dünya çempionatı noyabrın 22-də başa çatacaq.
18:10 19.11.2026
Oxunuş sayı: 53