Putin: Avropa Ukraynada sülhə imkan vermək istəmir
Rusiya Prezidenti Vladimir Putin Avropa ölkələrini Ukraynada sülhün əldə olunmasına mane olmaqda ittiham edib.
Crossmedia.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu barədə Ukraynadakı müharibə və onun həlli perspektivlərindən danışarkən bildirib.
“Avropalılar faktiki olaraq deyirlər ki, biz Ukraynada sülhə imkan verməyəcəyik. Onların dedikləri məhz budur”, – deyə Rusiya Prezidenti vurğulayıb.
Putin bununla Avropa dövlətlərinin Ukrayna münaqişəsinin diplomatik yolla həllinə münasibətini tənqid edib.
17:32 19.11.2026
Oxunuş sayı: 47