TÜRKPA Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda iştirak edib
TÜRKPA (Türk Dövlətlərinin Parlamant Assambıeyası) Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda iştirak edib 19 noyabr 2026-cı il tarixində TÜRKPA Baş katibinin müavini Muhammet Alper Hayali Bakı şəhərində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda (ICCD 2026) iştirak edib.
Crossmedia.az xəbər verir ki, bu barədə qurumun "X" hesabında yazılıb.
""Süni intellekt dövründə güc və təsir: dəyişən kiberməkan mənzərəsinə regional baxış” mövzusuna həsr olunmuş konfrans Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayevin açılış nitqi ilə başlayıb. Tədbirdə yüksək səviyyəli dövlət rəsmiləri, diplomatlar, siyasətçilər, beynəlxalq ekspertlər və sənaye nümayəndələri bir araya gəlib, texnologiya, geosiyasət və beynəlxalq təhlükəsizliyin kəsişməsində baş verən dəyişikliklərə dair əsas məruzələr və panel müzakirələri keçirilib. İştirakçılar süni intellekt dövründə xarici siyasət, kibertərəfdaşlıqlar və strateji muxtariyyət, geosiyasi aktorlar kimi texnologiya şirkətləri, informasiya müharibəsi və "deepfake" texnologiyalarının yaratdığı təhdidlər, kiberməkanda dövlətlərin məsuliyyətli davranışı və hesabatlılığı, habelə kritik infrastrukturun mühafizəsi kimi məsələləri müzakirə ediblər. Müzakirələr zamanı kiberdiplomatiya sahəsində regional əməkdaşlığın və dialoqun gücləndirilməsinə xüsusi diqqət yetirilib", - paylaşımda bildirilib.
TÜRKPA Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda iştirak edib 19 noyabr 2026-cı il tarixində TÜRKPA Baş katibinin müavini Muhammet Alper Hayali Bakı şəhərində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda (ICCD 2026) iştirak edib. “Süni intellekt dövründə güc və təsir: dəyişən kiberməkan mənzərəsinə regional baxış” mövzusuna həsr olunmuş konfrans Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayevin açılış nitqi ilə başlayıb. Tədbirdə yüksək səviyyəli dövlət rəsmiləri, diplomatlar, siyasətçilər, beynəlxalq ekspertlər və sənaye nümayəndələri bir araya gəlib, texnologiya, geosiyasət və beynəlxalq təhlükəsizliyin kəsişməsində baş verən dəyişikliklərə dair əsas məruzələr və panel müzakirələri keçirilib. İştirakçılar süni intellekt dövründə xarici siyasət, kibertərəfdaşlıqlar və strateji muxtariyyət, geosiyasi aktorlar kimi texnologiya şirkətləri, informasiya müharibəsi və "deepfake" texnologiyalarının yaratdığı təhdidlər, kiberməkanda dövlətlərin məsuliyyətli davranışı və hesabatlılığı, habelə kritik infrastrukturun mühafizəsi kimi məsələləri müzakirə ediblər. Müzakirələr zamanı kiberdiplomatiya sahəsində regional əməkdaşlığın və dialoqun gücləndirilməsinə xüsusi diqqət yetirilib. *** TURKPA participates in the 2nd International Conference on Cyber Diplomacy On 19 November 2026, TURKPA Deputy Secretary General Mr. Muhammet Alper Hayali participated in the 2nd International Conference on Cyber Diplomacy (ICCD 2026), jointly organized by the Special Communication and Information Security State Service of the Republic of Azerbaijan and the National Institute for Research and Development in Informatics – ICI Bucharest @ICIBucharest of Romania in Baku. The Conference, held under the theme “Power and Influence in the Age of AI: A Regional Perspective on the Changing Cyber Landscape”, was opened with remarks by Mr. Ilgar Musayev, Head of the Special Communication and Information Security State Service of the Republic of Azerbaijan. The event brought together senior government officials, diplomats, policymakers, international experts and industry leaders, and featured keynote speeches and panel sessions on the evolving intersection of technology, geopolitics and international security. Participants discussed foreign policy in an AI world, cyber alliances and strategic autonomy, tech companies as geopolitical actors, information warfare and deepfakes, responsible state behaviour and accountability in cyberspace, as well as protection of critical infrastructure, with emphasis on strengthening regional cooperation and dialogue in the field of cyber diplomacy. 🔗https://t.co/2I740mzCty
— TURKPA (@TURK_PA) November 19, 2026
21:07 19.11.2026
Oxunuş sayı: 52