Üç ölkə liderindən beynəlxalq təhlükəsizliklə bağlı birgə qərar
ABŞ, Rusiya və Çin liderləri beynəlxalq təhlükəsizliyin və strateji sabitliyin qorunması ilə bağlı öhdəlik götürüblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp Çində keçirilən sammit çərçivəsində beynəlxalq vəziyyətlə bağlı geniş fikir mübadiləsi aparıblar.
Ağ Evin açıqlamasında qeyd olunub ki, üç ölkənin liderləri strateji sabitliyin və beynəlxalq təhlükəsizliyin qorunmasına sadiq olduqlarını bəyan ediblər.
Qeyd edək ki, noyabrın 19-da Çinin Şençjen şəhərində Rusiya, Çin və ABŞ liderlərinin tarixdə ilk üçtərəfli görüşü keçirilib. Görüşün yekununda tərəflər birgə bəyannamə qəbul ediblər.
Sənəddə BMT-nin islahatı, neft emalı məhsullarının istehsalı və tədarükünün artırılması, nüvə risklərinin azaldılması və nüvə silahlarının yayılmasının qarşısının alınması məsələləri əksini tapıb. Ukrayna məsələsi isə bəyannamədə yer almayıb.
18:40 19.11.2026
Oxunuş sayı: 39