Ramiz Məmmədov: "Bu gün Xankəndi stadionunda əsl bayram ab-havası var idi"
Xankəndi stadionunda bayram ab-havası yaşanıb.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan I Liqasında çıxış edən "Karvan-Yevlax" klubunun baş məşqçisi Ramiz Məmmədov VII turda qarşılaşdıqları "Xankəndi" ilə matçdan sonra mətbuat konfransında deyib.
Mütəxəssis səfərdə qələbə qazandıqları qarşılaşmanı dəyərləndirib:
"Xankəndinin yenilənmiş stadionunda ilk oyun keçirildi. Qələbə qazanan tərəf olsaq da, tək sevinən tərəf biz deyildik. Bu gün Xankəndi stadionunda əsl bayram ab-havası var idi. Futbolçular verilən tapşırıqların öhdəsindən layiqincə gəldilər".
Qeyd edək ki, Xankəndi stadionunda keçirilən "Xankəndi" - "Karvan-Yevlax" oyunu qonaq komandanın 2:0 hesablı qələbəsi ilə bitib.(Report)
18:36 19.11.2026
Oxunuş sayı: 47