Tramp Putini qucaqlayıb dostu adlandırdı, Polşa narahatlığını gizlətmədi
ABŞ Prezidenti Donald Trampın Çində keçirilən görüş zamanı Rusiya Prezidenti Vladimir Putini “dostum” adlandırması Polşada narahatlıqla qarşılanıb. Polşanın Baş naziri Donald Tusk və xarici işlər naziri Radoslav Sikorski Vaşinqtonun Moskva ilə münasibətlərinə dair açıqlamalar veriblər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
Polşanın Baş naziri Donald Tusk sosial şəbəkə hesabında Trampın sözlərinə münasibət bildirərək “Allah bizi belə dostlardan qorusun” yazıb.
Ölkənin xarici işlər naziri Radoslav Sikorski isə Trampın Putinlə səmimi davranışının Varşavada müəyyən narahatlıq yaratdığını bildirib.
“Onun Putinlə qucaqlaşması və Rusiya liderini dostu adlandırması bizi narahat edir. Sual yaranır: o, daha çox kimin dostudur – Putinin, yoxsa bizim prezidentimizin? Əgər seçim etmək lazım gəlsə, hansı dostunu seçəcək?” – deyə Sikorski vurğulayıb.
Qeyd edək ki, noyabrın 19-da Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Tramp və Putin arasında görüş baş tutub.
Qarşılanma zamanı Tramp Rusiya liderini “dostum” adlandırıb və onunla uzun illərdir yaxşı münasibətlərinin olduğunu bildirib. ABŞ prezidenti görüşdən müsbət nəticələr gözlədiyini də qeyd edib.
19:51 19.11.2026
Oxunuş sayı: 55