Niderlandda sovet qəbiristanlığında vandalizm – Təhlükəsizlik tədbirləri artırıldı
Niderlandın Lesden şəhəri yaxınlığında yerləşən “Sovet Şöhrət Sahəsi” memorial kompleksində vandalizm hallarının təkrarlanmasından sonra təhlükəsizlik tədbirləri gücləndirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə şəhər bələdiyyəsinin nümayəndəsi Patrisiya van Trixt RİA Novosti-yə açıqlamasında bildirib.
Məlumata görə, memorial bir il ərzində ikinci dəfə vandalizmə məruz qalıb. Sonuncu hadisə barədə oktyabrın 31-də məlumat yayılıb.
Bundan sonra Rusiyanın Haaqadakı səfiri Vladimir Tarabrin hadisənin operativ şəkildə araşdırılmasını tələb edib. Lesden şəhərinin hakimiyyət orqanları isə memorialın qorunmasının daha effektiv yollarını müəyyənləşdirmək üçün məsləhətləşmələr aparacaqlarını bildiriblər.
Patrisiya van Trixt təhlükəsizlik tədbirlərinin artıq gücləndirildiyini təsdiqləyib.
Qeyd edək ki, noyabrın 10-da Rusiyanın Berlindəki səfirliyi Almaniyanın Brandenburq torpağında yerləşən sovet memorialının təhqir edilməsini əks etdirən videonun yayılmasından sonra Almaniya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.
19:44 19.11.2026
Oxunuş sayı: 49