Avropa Rusiyadan enerji idxalını bərpa etmək istəmir – ABŞ rəsmisi
Avropa ölkələri Rusiyadan enerji resurslarının idxalını yenidən başlamaqda maraqlı görünmür.
Crossmedia.az xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt bildirib. Onun açıqlamasını Qərb mediası yayıb.
“Rusiyadan enerji resurslarının idxalını bərpa etməkdə maraqlı olan heç bir Avropa ölkəsi barədə eşitməmişəm”, – deyə nazir jurnalistlərin sualını cavablandırarkən bildirib.
Rayt bu açıqlamanı ABŞ-nin Rusiya qazının Avropa ölkələrinə satışına yardım edə biləcəyi ilə bağlı yayılan məlumatlar fonunda verib.
Qeyd edək ki, oktyabrın 19-da Avropa Komissiyası Ukrayna münaqişəsinin nizamlanması məqsədilə Rusiyadan Avropaya qaz tədarükünün bərpası ilə bağlı ABŞ-nin təklifini rədd edib.
Bununla yanaşı, Avropa alıcıları Rusiyanın “Yamal LNG” layihəsindən mayeləşdirilmiş təbii qaz alışını artırıblar. Məlumata görə, 2026-cı ilin ilk doqquz ayında idxalın həcmi rekord həddə – 12,18 milyon tona çatıb.
Bundan əvvəl İspaniya Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını bərpa edib.
19:47 19.11.2026
Oxunuş sayı: 42