"Real" Aleks Skottu heyətinə qatmaq istəyir
İspaniyanın "Real" klubu İngiltərə təmsilçisi "Bornmut"un futbolçusu Aleks Skottla maraqlanır.
Crossmedia.az xəbər verir ki, paytaxt klubu 23 yaşlı yarımmüdafiəçini qış transfer dönəmində heyətinə qatmaq istəyir.
A.Skott 2023-cü ildən "Bornmut"da çıxış edir. Ötən mövsüm Premyer Liqada 34 matçda iştirak edən oyunçu cari mövsüm 6 oyunda bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir.
09:59 02.10.2026
Oxunuş sayı: 44