Belqorod vilayətində avtomobilə PUA zərbəsi endirilib
Şebekinoda avtomobilə dron hücumu nəticəsində kişi yaralanıb
Rusiyanın Belqorod vilayətinin Şebekino şəhərində avtomobilə pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində bir kişi ağır yaralanıb.
Crossmedia.az xəbər verir ki, “Lenta” bu barədə məlumat yayıb.
Belqorod vilayətinin operativ qərargahının məlumatına görə, hücum nəticəsində kişinin qarın nahiyəsinə nüfuzedici yara dəyib. Özünümüdafiə qüvvələrinin əməkdaşları yaralını ağır vəziyyətdə xəstəxanaya çatdırıblar.
Həkimlər ona zəruri tibbi yardım göstərirlər.
Rusiya tərəfinin məlumatına görə, bundan əvvəl Belqorod vilayətində 24 saat ərzində 158 PUA hücumu qeydə alınıb və 11 nəfər xəsarət alıb. Həmçinin daha əvvəl Samara vilayətinə kütləvi PUA hücumu olduğu, mülki obyektlərə, fərdi evlərə və avtomobillərə ziyan dəydiyi bildirilib. Bu məlumatlar Rusiya tərəfinin açıqlamalarına əsaslanır.
22:36 22.09.2026
Oxunuş sayı: 43