Moskva vilayətində istilik sistemlərinin sınaqdan keçirilməsinə başlanılıb
Moskva vilayətinin Kotelniki, Ximki, İstra, Kolomna, Elektrostal və digər yaşayış məntəqələrində istilik sistemlərinin sınaqdan keçirilməsinə başlanılıb.
Crossmedia.az xəbər verir ki, “MSK1” bu barədə məlumat yayıb.
Sınaq zamanı istilik sistemi yoxlanılır və evlərə 72 saat ərzində istilik verilir. Daha sonra istilik mövsümünün rəsmi başlanmasına qədər sistemin fəaliyyəti dayandırılır.
Moskva və Moskva vilayətində istilik mövsümünün orta sutkalıq temperaturun beş gün ərzində təxminən 8 dərəcədən aşağı düşməsi zamanı başlaması nəzərdə tutulur.
Bundan əvvəl Rusiyada sakinlərə soyuq radiatorlara görə ödənişlərin yenidən hesablanması hüququ xatırladılıb. Hüquqşünas Mixail Lavruxinin sözlərinə görə, istilik mövsümündə mənzildə temperatur 18 dərəcədən, künc mənzillərdə isə 20 dərəcədən aşağı olarsa, sakinlər xidmət haqqının yenidən hesablanmasını tələb edə bilərlər.
20:08 22.09.2026
Oxunuş sayı: 44