Aİ Britaniya ilə daha sıx iqtisadi əməkdaşlığı müzakirə edir
Avropa İttifaqı düşmən mövqedə olan dövlətlərdən və ticarət rəqiblərindən asılılığı azaltmaq məqsədilə Böyük Britaniya ilə daha sıx iqtisadi əməkdaşlıq imkanlarını müzakirə edir.
Crossmedia.az xəbər verir ki, “Politico” bu barədə məlumat yayıb.
Bu barədə Avropa Parlamentinin Böyük Britaniya ilə əlaqələr üzrə nümayəndə heyətinin sədr müavini, finlandiyalı deputat Mika Aaltola bildirib.
O, Brüsseldə “POLITICO Playbook Live” sammitində çıxışı zamanı Aİ-nin yaxın tərəfdaşlarla münasibətlərinin gələcəyini müəyyənləşdirmək üçün hələ ilkin mərhələdə olduğunu deyib.
Aaltolanın sözlərinə görə, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Kanadaya “assosiativ üzvlük” təklifini gündəmə gətirdikdən sonra Böyük Britaniya ilə münasibətlər məsələsi də müzakirə olunmağa başlayıb.
O qeyd edib ki, Aİ hazırda oxşar dəyərləri bölüşən tərəfdaşlarla əlaqələrin necə qurulacağı barədə konseptual müzakirələr aparır.
18:56 22.09.2026
Oxunuş sayı: 41