Xəzərin yeni sakinləri- Alimlər ŞOKDADIR
Rusiya alimləri Xəzər hövzəsində əvvəllər elmə məlum olmayan iki yeni balıq növü aşkarlayıblar.
Crossmedia.az xəbər verir ki, Rusiya mütəxəssislərinin apardığı genetik analiz nəticəsində Xəzər pələngbaşcası və skif çuçuqbaşcası kimi təqdim olunan iki yeni növ müəyyən edilib.
Yeni pələngbaşcası Qazaxıstan sahillərində aşkarlanıb. Alimlər indiyədək bu növün cəmi iki fərdini müəyyən edə biliblər.
Tədqiqat zamanı skif çuçuqbaşcasının Qara dənizdə yaşayan növlərlə genetik əlaqəsinin olduğu da müəyyənləşdirilib. Alimlərin fikrincə, bu əlaqə təxminən 2,1 milyon il əvvəl Qara dənizlə Xəzər dənizi arasında mövcud olmuş su əlaqəsinin izlərini göstərir.
Aşkarlanan növlərin genetik xüsusiyyətlərinin öyrənilməsi Xəzər hövzəsinin biomüxtəlifliyinin və regionun geoloji-təkamül tarixinin araşdırılması baxımından əhəmiyyətli hesab olunur.
13:47 22.09.2026
Oxunuş sayı: 36