Zelenski Nyu-Yorka gedib
Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin rəsmi açıqlamasına istinadən “Ukrinform” məlumat yayıb.
Zelenskinin səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampla, Avropa liderləri, ABŞ Senatı və Nümayəndələr Palatasının üzvləri, beynəlxalq təşkilatların rəhbərləri, aparıcı Amerika şirkətlərinin nümayəndələri və analitik mərkəzlərlə görüşləri nəzərdə tutulub. Ümumilikdə onun təxminən 20 görüş keçirəcəyi bildirilir.
Ukrayna Prezidentinin sözlərinə görə, səfər zamanı yeni “Drone Deal” sazişinin imzalanması da planlaşdırılır. O, Ukraynanın əsas prioritetinin sülhə yaxınlaşmaq və insanların həyatını qorumaq olduğunu bildirib.
Zelenski həmçinin Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi və ölkəyə kifayət qədər maliyyə vəsaitinin təmin edilməsi istiqamətində işlərin davam etdiriləcəyini qeyd edib.
Səfər çərçivəsində Nyu-Yorkda beynəlxalq “Krım Platforması” sammitinin keçirilməsi də planlaşdırılır.
12:14 22.09.2026
Oxunuş sayı: 43