Ukrayna avqustda çuqun ixracını tam dayandırıb
Ukraynanın metallurgiya müəssisələri 2026-cı ilin avqustunda çuqun ixracını tamamilə dayandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə GMK Center Ukrayna Dövlət Gömrük Xidmətinin məlumatlarına istinadən yazıb.
Məlumata görə, ixracın dayanmasına Odessa vilayətindəki limanların blokadaya alınması səbəb olub. Analitiklər hesab edirlər ki, vəziyyət dəyişməzsə, Ukraynanın çuqun ixracatçıları beynəlxalq bazardakı paylarını itirə bilər.
Bundan əvvəl sentyabr ayında Zaporojye vilayətində Ukraynanın əsas metallurgiya müəssisələrindən biri olan “Zaporojstal” zavoduna zərbə endirildiyi bildirilmişdi. Müəssisədə çuqun və prokat polad istehsal olunur.
23:41 21.09.2026
Oxunuş sayı: 44