Macarıstan Ukraynanın neft layihəsini rədd edib
Macarıstan hökuməti Ukrayna üçün ölkə ərazisində neft məhsullarının saxlanacağı anbarın tikintisinə icazə verməyəcək.
Crossmedia.az xəbər verir ki, Macarıstanın Baş naziri Peter Madyar bu barədə “Telex”ə açıqlamasında bildirib.
Baş nazir Ukraynanın “Naftoqaz” şirkətinin Macarıstan ərazisində neft məhsullarının saxlanması üçün infrastruktur yaradılması ilə bağlı açıqlamasını şərh edib. Madyar belə bir layihənin hazırkı hakimiyyət dövründə həyata keçirilməyəcəyini deyib.
O bildirib ki, açıqlanan razılaşma yalnız nəzəri imkan kimi təqdim edilib və layihənin reallaşması halında belə bunun üçün illər lazım olacaq. Madyar vurğulayıb ki, Macarıstanda hazırkı hakim partiya hakimiyyətdə olduğu müddətdə belə bir layihəyə razılıq verilməyəcək.
22:56 21.09.2026
Oxunuş sayı: 47