Kiyevdə PUA hücumundan sonra anbarlarda yanğın baş verib
Kiyev vilayətinin Brovarı rayonunda PUA hücumundan sonra anbarlarda yanğın başlayıb, Buça rayonunda isə müəssisələrdən birinin ərazisində yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat yayıb.
Tkaçenkonun sözlərinə görə, Brovarı rayonunda anbarlar “Şahid” tipli PUA hücumundan sonra yanıb. Buça rayonunda isə dron hücumu nəticəsində fərdi yaşayış evinin ərazisində yanğın qeydə alınıb.
Rəsminin bildirdiyinə görə, hücum nəticəsində ölən və yaralanan olmayıb. Xilasetmə xidmətləri yanğınların söndürülməsi və hücumun nəticələrinin aradan qaldırılması üçün iş aparır.
22:29 21.09.2026
Oxunuş sayı: 45