Qırğızıstan Rusiya seçkilərindən sonra Moskvaya mesaj göndərib
Qırğızıstan Prezidenti Sadır Japarov Rusiyada Dövlət Dumasına keçirilən seçkilərin uğurla başa çatması münasibətilə Vladimir Putinə təbrik teleqramı göndərib.
Crossmedia.az xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin rəsmi saytı məlumat yayıb.
Japarov yeni çağırış Dövlət Dumasının Rusiyanın qarşısında duran genişmiqyaslı vəzifələrin həyata keçirilməsinə və ölkənin inkişafına mühüm töhfə verəcəyinə inandığını bildirib. O, həmçinin Rusiya ilə Qırğızıstan arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid etdiyini qeyd edib.
Qırğızıstan prezidenti Putinə möhkəm cansağlığı, rifah və dövlət fəaliyyətində yeni uğurlar, Rusiya vətəndaşlarına isə sülh, sabitlik və firavanlıq arzulayıb.
22:18 21.09.2026
Oxunuş sayı: 50