Çinin J-36 qırıcısı növbəti sınaq uçuşunu həyata keçirib
Çinin yeni nəsil J-36 təyyarəsi növbəti sınaq uçuşu zamanı görüntülənib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Asia times” məlumat yayıb. Nəşrin məlumatına görə, J-36 üç mühərrikli, quyruqsuz və radara az görünən konstruksiyaya malik böyük təyyarədir.
Hazırda bu təyyarənin bir neçə prototipinin sınaqdan keçirildiyi bildirilir. Sentyabrın 15-də Pekində keçirilən sərgidə J-36 ilə əlaqələndirilən təxminən 100 kilovat gücündə lazer sistemi də nümayiş etdirilib. Bununla belə, açıq mənbələrdə belə bir lazerin J-36 üzərində quraşdırılaraq uçuş sınağından keçirildiyini təsdiqləyən məlumat yoxdur.
21:59 21.09.2026
Oxunuş sayı: 50