Zelenski Putinlə görüşməyə hazır olduğunu bildirib
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Zelenski belə bir görüşün onun üçün xoş olmayacağını, lakin sülhə nail olmaq naminə buna hazır olduğunu deyib.
Zelenskinin bu mövqeyi daha əvvəl də səsləndirdiyi görüş təklifləri ilə uyğun gəlir. O, sentyabrın 12-də “G20” sammitində Putinlə görüşməyə hazır olduğunu açıqlamışdı.
Kreml isə daha əvvəl Putinlə Zelenski arasında görüşün yalnız Moskvada keçirilməsinin mümkün olduğunu bildirib. Dmitri Peskov sentyabrın 13-də görüş üçün Moskvanın yeganə mümkün məkan olduğunu deyib.
21:37 21.09.2026
Oxunuş sayı: 45