Şimali Kiprdə gəmi qəzası ilə bağlı üç azərbaycanlının həbsi uzadılıb
Şimali Kipr Türk Respublikasında gəmi qəzası ilə bağlı saxlanılan üç Azərbaycan vətəndaşının həbs müddəti daha yeddi gün uzadılıb.
Crossmedia.az xəbər verir ki, məhkəmə gəmi qəzasının araşdırılması çərçivəsində keçirilən növbəti iclasda doqquz nəfərin həbs müddətinin uzadılmasına qərar verib.
Qərara əsasən, üçü Azərbaycan vətəndaşı olmaqla, doqquz şübhəlinin daha yeddi gün həbsdə saxlanılması nəzərdə tutulub. Araşdırma Şimali Kipr sahillərində baş verən gəmi qəzası ilə bağlı davam etdirilir.
21:14 21.09.2026
Oxunuş sayı: 48