Keçmiş baş prokuror Ukraynaya geri dönməyib
Ukraynanın keçmiş baş prokuroru Ruslan Kravçenko xaricdən ölkəyə qayıtmayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun Ofisi məlumat yayıb.
Qurum Kravçenkonun hazırda harada olduğu barədə məlumata malik olmadığını bildirib.
Həmçinin onun siyasi sığınacaq üçün müraciət edib-etmədiyi barədə də hər hansı məlumatın olmadığı qeyd olunub.
21:04 21.09.2026
Oxunuş sayı: 44