Aİ Rusiya və Belarusla bağlı sanksiyaları 3 il uzatmağı razılaşdırıb
Avropa İttifaqına üzv ölkələrin daimi nümayəndələri Rusiya və Belarus vətəndaşları və hüquqi şəxslərinə qarşı fərdi sanksiyaların üç il müddətinə uzadılması ilə bağlı razılığa gəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən Çexiya televiziyası məlumat yayıb.
Razılaşmanın Aİ daxilində sanksiya siyahısındakı ayrı-ayrı şəxslərlə bağlı yaranan fikir ayrılıqlarını aradan qaldırmaq məqsədi daşıdığı bildirilir. Əvvəllər fərdi sanksiyalar əsasən altı və ya 12 aylıq müddətə uzadılırdı.
Razılaşmaya əsasən, rusiyalı iş adamları Əlisher Usmanov və Mixail Fridmanın Aİ-nin sanksiya siyahısından çıxarılması nəzərdə tutulur. Reuters-in məlumatına görə, qərarın qüvvəyə minməsi üçün yaxın saatlarda heç bir Aİ ölkəsinin etiraz etməməsi tələb olunur.
20:36 21.09.2026
Oxunuş sayı: 58