Belarusun Suvalki dəhlizi yaxınlığındakı təlimləri Avropada narahatlıq yaradıb
Belarusun Polşa və Litva sərhədləri yaxınlığında, strateji əhəmiyyət daşıyan Suvalki dəhlizinin yaxınlığında keçirdiyi hərbi təlimlər Avropada narahatlıq yaradıb.
Crossmedia.az xəbər verir ki, CNN Belarusun hərbi texnika və qoşunlarını Polşa və Litva sərhədlərinə cəmləşdirdiyini yazıb.
Təlimlərin bir hissəsi NATO üçün strateji əhəmiyyət daşıyan Suvalki dəhlizinin yaxınlığında keçirilir. Polşa ilə Litva arasında yerləşən təxminən 104 kilometrlik bu ərazi Baltikyanı ölkələri NATO-nun digər üzvləri ilə quru yolu ilə birləşdirir.
Belarus Müdafiə Nazirliyi təlimlərin müdafiə xarakterli olduğunu və hərbçilərin sərhədin qorunması, diversiya qruplarına qarşı mübarizə və PUA hücumlarının dəf edilməsi üzrə məşqlər apardığını bildirib.
20:09 21.09.2026
Oxunuş sayı: 50