Sərvətin ən çox cəmləşdiyi ölkələr- Bunlardır
Rusiya və Birləşmiş Ərəb Əmirlikləri dünyada sərvətin ən çox cəmləşdiyi ölkələr sırasında yer alıb.
Crossmedia.az xəbər verir ki, “UBS Global Wealth Report 2026”da təqdim olunan 2025-ci il Gini indeksinə əsasən, hər iki ölkədə göstərici 82 olub.
ABŞ 77 göstəricisi ilə siyahıda altıncı yerdə qərarlaşıb. Hindistan, Meksika və Çin isə ABŞ-dən sonrakı mövqelərdə göstərilib.
Gini indeksi gəlir və ya sərvətin bölüşdürülməsindəki bərabərsizliyi ölçmək üçün istifadə olunur. Göstəricinin 0 olması tam bərabər bölgünü, 100 olması isə sərvətin maksimum dərəcədə cəmləşməsini ifadə edir.
19:20 21.09.2026
Oxunuş sayı: 52