SEPAH İrana hücum halında yeni silahlardan istifadə edəcəyini açıqlayıb
İran yeni hücumla üzləşəcəyi təqdirdə dünyanı təəccübləndirəcək yeni silahlardan istifadə edə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhibi açıqlama verib.
O bildirib ki, İrana qarşı yeni hücum baş verərsə, ölkənin müdafiə və cavab zərbələrinin coğrafiyası əhəmiyyətli dərəcədə dəyişəcək.
Möhibi həmçinin növbəti qarşıdurma zamanı indiyədək istifadə olunmayan yeni silahların tətbiq ediləcəyini açıqlayıb.
18:43 21.09.2026
Oxunuş sayı: 41