ABŞ İran aviaşirkətlərinə qarşı yeni məhdudiyyətlər tətbiq edəcək
ABŞ İran aviaşirkətlərinin sentyabrın 23-dən etibarən dünya üzrə fəaliyyətini məhdudlaşdırmaq üçün yeni sanksiya mexanizmi tətbiq edəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, ABŞ maliyyə naziri Skott Bessent bu barədə CNBC-yə açıqlamasında məlumat verib.
Bessentin sözlərinə görə, İran aviaşirkətlərinə yanacaq, yerüstü xidmət və bilet satışı təmin edən xarici şirkətlər ABŞ-nin ikinci dərəcəli sanksiyaları ilə üzləşə və dollar maliyyə sistemindən çıxarıla bilər.
Nazir bildirib ki, İran aviaşirkətinə xidmət göstərən şirkətlər bu tədbirlərə əməl etmədikləri halda ABŞ maliyyə sisteminə çıxışlarını itirmək riski ilə üzləşəcəklər. Bessent həmçinin Çin rəsmiləri ilə İran əleyhinə sanksiyalara əməl olunması məsələsində müzakirələrin aparıldığını qeyd edib.
ABŞ daha əvvəl İranın aviasiya sektorunda fəaliyyət göstərən 27 aviaşirkət və digər şirkət və şəxslərə qarşı sanksiyalar tətbiq etmişdi.
18:03 21.09.2026
Oxunuş sayı: 58