NVIDIA rəhbəri süni intellektlə bağlı XƏBƏRDARLIQ ETDİ
NVIDIA-nin rəhbəri Censen Huan süni intellektin böyük faydalar verə biləcəyini, lakin təhlükəli məqsədlər üçün də istifadə oluna biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, NVIDIA şirkətinin baş direktoru Censen Huan bu barədə açıqlama verib.
O qeyd edib ki, süni intellekt texnologiyası olduqca güclüdür və böyük faydalar gətirə bilər. Bununla yanaşı, Huan süni intellektdən təhlükəli məqsədlər üçün istifadə imkanlarının da mövcud olduğunu vurğulayıb.
NVIDIA rəhbərinin sözlərinə görə, süni intellekt texnologiyasının inkişafı zamanı əsas məqsədlərdən biri onun təhlükəsiz şəkildə inkişaf etdirilməsini təmin etmək olmalıdır.
16:05 21.09.2026
Oxunuş sayı: 48