ABŞ tarifləri ilə bağlı Kanada Baş nazirindən AÇIQLAMA
Kanada Baş naziri ABŞ tarifləri ilə bağlı digər ölkələrə məsləhət verməkdən çəkinib.
Crossmedia.az xəbər verir ki, Kanada Baş naziri Mark Karni ABŞ-nin tarif siyasəti fonunda ölkələrin Vaşinqtonla münasibətlərinin fərqli olduğunu bildirib.
Karni qeyd edib ki, hər bir ölkənin ABŞ ilə münasibətləri özünəməxsusdur. Onun sözlərinə görə, bu münasibətlərdə ortaq məqam ABŞ bazarına çıxış üçün tətbiq olunan ödənişlər və tariflərdir.
Baş nazir ABŞ-nin tariflərlə yanaşı, daxili siyasətindəki dəyişikliklərin və ölkəyə investisiya öhdəliklərinin də nəzərə alındığını deyib.
“Buna görə də digər ölkələrə necə hərəkət etməli olduqları barədə məsləhət verməzdim”, - Karni bildirib.
15:32 21.09.2026
Oxunuş sayı: 54